SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS günün  - 13 iyun tarixinin qoroskopunu təqdim edir:

QOÇ - Peşəkar fəaliyyətinizdə eksperimentlər etməyin, risklərdən qaçın. Ailə qurmağa macal tapmamış Qoçlar, evdən kənarda daha çox vaxt keçirmək barədə düşünsələr yaxşıdır. Məhz bu gün gələcək həyatınızı bərabər keçirəcəyiniz insanla tanış olmaq ehtimalı istisna edilmir.

BUĞA - Yalan vədlər, boş gözləntilər günün devizi olacaq. Avantüraya getməyin. Kompromisə germəyə məcbur qalacağınız problemlər yarana bilər. Məhz bu gün bu kimi problemlərdən birini həll etməli olacaqsız. Ünsiyyətləri minimuma endirin, təsadüfi tanışlıqlardan qaçın. Səbrli olun və gözləmə mövqeyi tutun.

ƏKİZLƏR - Gün yaradıcılıqla məşğul olanlara uğur vəd edir. Təşkilatçılıq, şəraitə uyğunlaşmaq məharətinizi və işə yaradıcı yanaşma qabiliyyətinizi nümayiş etdirin. Bub gün avtoritetiniz güclənəcək. Yeganə xoşagəlməz hal yaxın bildiyiniz insanlardan biri ilə mübahisə ola bilər. Müdriklik və taktika göstərərək münaqişədən uzaq olmağa çalışın.

XƏRÇƏNG - Sizin zəngin daxili aləminiz bu gün qeyri-ənənəvi çevrə tələb edə bilər. Asudə vaxt tapın və teatr, bədii sərgiləri ziyarət edin. Lakin ulduzlar öz hərəkətlərinizə tənqidi yanaşmağı məsləhət görür. Təmkin və səbrlə baş verənləri müşahidə edib, sonra qərar verin.

ŞİR - Gözəl gündür. İşgüzar görüşləri bu günə salsanız,c sizə xeyir gətirəcək uzunmüddətli müqavilələr bağlaya bilərsiz. Məişət problemləri və ya ailə mübahisələri istisna edilmir. Hisslərinizi, düşüncələrinizi və hərəkətlərinizi analiz edin, çünki həyatın gözlənilməz dəyişikliklərinizə hazır olmalısız. 

QIZ- Həm şəxsi, həm də ictimai yöndə fəaliyyətiniz maliyyə tələb edəcək. Böyük məbləğdə alış-verişdən çəkinin. Ailədə narazılıq mümkündür. Buna səbəb sizin həddən artıq məşğulluğunuz və doğmalarınıza yetərincə zaman ayıra bilməməniz olacaq. Ailə ilə istirahət planı qurmaq sizi bu narazılıqdan xilas edəcək.

TƏRƏZİ - Kommersiya və biznes sahəsində aktiv fəaliyyət üçün uğurlu gündür. Bu gün həyat potensialınız yüksəkdir. Dostlarla ünsiyyətdə təmkinli olun, münasibətləri korlamaq istəmirsizsə, onların maraqlarını nəzərə alın. Ekstrasenslərdən və falçılardan uzaq gəzin. Bu çox təhlükəli ola bilər və şər qüvvələri özünüzə çəkə bilərsiz.

ƏQRƏB - Bu gün başladığınız işləri yekunlaşdırmaq və nəticə əldə etmək lazımdır. Yaranmış problemi həll etmək üçün yaxşı gündür. Günün ikinci yarısı kefiniz pozula bilər. Boş yerə həyəcanlanacaqsız. Hələlik heç nə qərar verməyin. Sözlərinizdə ehtiyatlı olun. Səhvlər buraxmayın. Kobud ifadələr işlədib işgüzar və şəxsi münasibəətləri pozmağa dəyməz. 

OXATAN - Gün kosmik enerji dalğası vəd edir. Fiziki planda hər şey gözəldir, əhval-ruhiyyəniz yaxşılaşacaq. Lakin bədxahlarınızın səyi nəticəsində rəhbərliyin tənqidi sizi ruhdan salacaq. İstənilən münasibətlərdə yüksəliş gözlənilir, lakin gözlənilmədən alacağınız pis xəbər sizi bir müddət əyləncə barədə unutmağa vadar edəcək.

OĞLAQ - Çətin gündür. Həyat potensialınız aşağı səviyyədədir. İstənilən fəaliyyətinizdə yoxlanılmış köhnə üsullarla hərəkət etmək məsləhət görülür. Eksperiment etməyin. Ulduzlar tənhalığa çəkilməyi məsləhət görür. Narahat olmağa dəyməz, xeyirxahlığınız və işgüzarlığınız sizi bütün çətinliklərdən çıxaracaq.

DOLÇA - Gün yeni işlər və istirahət planları qurmaq üçün uğurludur. Dostların köməyinə arxalanın, onların məsləhətlərinə qulas asın. Onlarla birlikdə gələcək planlarını cəsarətlə qurun. İşgüzar müqavilələr və razılaşmalar möhkəm olacaq. Şəxsi həyat müvəqqəti olaraq ikinci plana keçəcək. Bu da ailədə narazılıqlara səbəb olacaq.

BALIQLAR - Günün hadisələri Balıqlarlı yola çağıra bilər. Siz səyahətə hazır olmalısız, yoxsa hər şey istədiyiniz kimi getməyəcək. Əhval-ruhiyyəniz getdikcə yaxşılaşacaq. Uşaqları-yeniyetmələri nəzarətsiz qoymayın. Onlarla bağlı bütün bütün xoşagəlməzlikləri emosiyasız qəbul etməyə çalışın.

BAKU.WS