VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün - 4 mayın ulduz falını təqdim edir:

QOÇ
- Bu gün uğurlu gündür. Bu gün istənilən imkanlardan istifadə edib maddi və ya şəxsi həyatınızı yaxşılığa doğru dəyişə bilərsiz. Səbr və təmkin nümayiş etdirsəniz daha çox qazanacaqsız.

BUĞA - Düşünmək, mənəvi təmizlənmək zamanıdır. Ətrafdakılarla çox ünsiyyətə girməyin. Bu günü idmana, gəzintiyə, istirahətə həsr edin.

ƏKİZLƏR - Həyat enerjiniz aşağı düşüb. Buna görə də bu gün aktivlik göstərməyin. İşdə diqqətli olun, həmkarlarınızla ünsiyyətdə təmkinli davranın. Heç kimin sizinlə işi yoxdur, siz də bir küncə çəkilib günü başa vurun.

XƏRÇƏNG - Planlarınız dəyişə bilər. Bu gün daha sakit olun. Başınızı itirməyin. Baş verənləri analiz edin. Siz həmişə haqlı ola bilməzsiz. Bu mümkün deyil.

ŞİR - Rəngarəng gündür. Bu səbəbdən də ağır görünə bilər. Şəxsi həyatınızda problemlərin yaranma ehtimalı var. Təkəbbürdən və qısqanclıqdan uzaq olun. Öz yükünüzü tərəf müqabilinizin çiyninə yükləməyin. Qarşılıqlı anlaşma olmadan

QIZ - Müdriklik nümayiş etdirin - yalnız bu yolla düşünülməmiş adddımlardan qaça bilərsiz. Günü sakit ailə şəraitində keçirin. Səhhətinizdə problem yarana bilər.

TƏRƏZİ - Təzadlı gündür. Bir tərəfdən günün mənfi tendensiyası kefinizi pozacaq, digər tərəfdən isə vəziyyəti yaxşılığa doğru dəyişə biləcəksiz. Günün ikinci yarısı eşitməyə hazır olmadığınız xəbər alacaqsız.

ƏQRƏB - Yeni görüşlər və tanışlıqlar üçün əlverişli gündür. Yaxın qohumların biri ilə mübahisə ehtimalı var. Kiçik stressdən sonra hər şey öz yoluna düşəcək.

OXATAN - Xoş gündür. İşdə və şəxsi həyatda bəxtiniz gətirəcək. Yeni tanışlıqlar və gözlənilməz görüş mümkündür. Ailə - məişət problemlərini həll edin.

OĞLAQ - Peşəkar sahədə uğur gözlənilir. Bu gün həmişəkindən daha çox işləyəcəksiz. Maliyyə vəziyyətinizdə yüksəliş olacaq. İşdə yeni vəzifə təklifi ola bilər.

DOLÇA - Gün sürprizlər, hədiyyələr gətirəcək. Həyatınızın ən dəyərli insanı olacaq biri ilə görüşə bilərsiz. Həyat bu gün sizə həmişəkindən daha gözl görünəcək. Sevin-sevilin.

BALIQLAR - Təzadlı gündür. Günün biirinci yarısı rəngsiz və sevincsiz olacaq. Biznesmenlərə investisiya qoyuluşu məsləhət görülmür. Ən yaxşısı yeni layihələrə başlamayın.

BAKU.WS