SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində yol qəzası baş verib.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 sayli marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin - 1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyevaya və başqa bir gənc qız yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS