SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəkili qadın Məhəmməd peygəmbərin ruhunun bədəninə yerləşdiyini bəyan edir.

BAKU.WS-in məlumatına görə, rayonun İncə kəndində yaşayan Ceyran adlı xanım peyğəmbərin əmri ilə addımlar atdığını deyir:

“Məhəmməd peygəmbərin mübarək ruhu məndir. Onun əmrilə İslamı təbliğ edirəm. Çünki insanlar haqq yolundan uzaqlaşıblar. Sonuncu peyğəmbərimiz mənə missiya tapşırıb. Çətin də olsa mən bu missiyanı layiqli şəkildə yerinə yetirməyə çalışıram. Hər yerdə Qurandan ayələr oxuyuram, insanları düz yola dəvət edirəm”.

63 yaşlı qadın peyğəmbərin əli ilə insanlara şəfa verdiyini də iddia edir: “Peygəmbərin əli ilə ən ağır xəstələri belə bir dəfə əl çəkməklə sağaldıram. Kəlmeyi-şəhadət gətirməyənə, yəni müsəlman olmayana şəfa verə bilmərəm. Çünki Məhəmməd peygəmbər buna icazə vermir. Ümumiyyətlə, o, icazə verməsə heç nə edə bilmərəm!”

Ceyran Əliyeva evinin divarlarında Quran ayələrini yazır və bunu belə izah edir: “Onları mən yazmıram, mən heç ərəb dilini, ərəb əlifbasını bilmirəm. O yazıları mənim əlimlə Məhəmməd peyğəmbər yazır”.

Zülfiyyə Qurbanova 
BAKU.WS