SİZİN REKLAM BURADA!
055 213 76 73



Yardımlı rayonunda müəllim işləyən Nəcəf Məhərrəmov bir neçə gündür ki, sosial şəbəkələrin və medianın fenomeninə çevrilib.
 
BAKU.WS xəbər verir ki, onun məşhurlaşmasına səbəb isə qarlı hava şəraitində şagirdlərini dərsə apararkən çəkilmiş fotosu olub. Bəs bir anda hər kəsin sevimlisinə çevrilən Nəcəf müəllim kimdir? 
 
Nəcəf Məhərrəmov 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 1991-96-cı illərdə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin İbtidai təlimin pedaqogikası və metodikası ixtisasını bitirib. 1996-cı ildən Mahir İmanov adına Ostayr kənd orta məktəbində çalışıb. Heydər Əliyev Fondu 2005-ci ildə Dəlləkli kənd orta məktəbini inşa etdikdən sonra isə öz kəndində müəllim kimi fəaliyyətə başlayıb.
 
ARB TV-nin Nəcəf müəllimlə hazırladığı reportajı sizə təqdim edirik.
 
Aynur Ələkbərova
BAKU.WS