SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda qan bankının doldurulması məqsədilə növbəti dəfə vətəndaşlara müraciət olunub.

BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu müraciət Ermənistan səhiyyəsində ciddi qan böhranının yaşandığını ortaya qoyub.

Yolyana adına Hematologiya Mərkəzinin müraciətində qeyd olunur ki, təcili olaraq I, III və IV qrup qana ehtiyac var. Mövcud vəziyyət Ermənistan və işğal olunmuş Dağlıq Qarabağda ermənilər arasında təlaşın hökm sürdüyini göstərir.

Azərbaycan Ordusunun əks hücumları zamanı erməni tərəfinin verdiyi itkilər səbəbindən kəskin “qan çatışmazlığı” yaranıb. Bu, onu göstərir ki, Ermənistan ordusunun açıqladığı 1200 hərbçinin ölümü heç də həqiqəti əks etdirmir, reallıqda düşmən tərəfin itkiləri dəfələrlə çoxdur.

BAKU.WS