SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanda COVID-19 virusuna yoluxma sayının artmasından sonra təhsil müəssisələri müvəqqəti bağlanıb". 

BAKU.WS xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazir əlavə edib ki, yoluxma ilə bağlı artım nəzərə alınıb və gələn həftədən məktəblərdə tətil elan edilib:

“Nəzərə alınmalıdır ki, yoluxma ilə bağlı iki milyona yaxın təhsil alan və bir neçə min təhsil işçisi təhlükə qarşısındadır. Onların təhlükəsizliyi nəzərə alındığı üçün bu addım atılıb”.

BAKU.WS