SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Müdafiə Nazirliyi erməni cinayətlərini əks etdirən məlumat yayıb.

BAKU.WS xəbər verir ki, nazirlik “twitter” səhifəsində Ermənistan hökumətinin məkrli cinayətləri barədə yazıb və fotolar paylaşılıb.

“Məkrli planlar quran Ermənistan Azərbaycanın dinc əhalinin yaşadığı yerləri olan Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarını hədəfə almağa davam edir. Müharibəni Qarabağın xaricində mülki yerlərə daşımağa çalışan Ermənistan hərb və insanlıq cinayəti törətməyə davam edir!” - qeyd olunub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın 31 mülki şəxsi qətlə yetirilib, 164 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 142, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 054-dür.

BAKU.WS
QALEREYA