SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Göyöl rayonunda ağır yol qəzası baş verib.

Hadisə nəticəsində 5 nəfər həlak olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70662


Bu gün axşam saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib.

Şirkətin baş direktoru Balakişi Qasımovun Oxu.Az-a verdiyi məlumata görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70664


Lənkəranda üç maskalı şəxs 20 yaşlı gənci döyüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, dünən 1999-cu il təvəllüdlü, Ləj kənd sakini Pərviz Cümşüd oğlu Köçəriyev mal-qaranı örüşdən gətirmək üçün gedib və evə qayıtmayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/70678


Sentyabrın 26-sı evdən oğurlandığı iddia edilən Hüseynova Vüsalə Fərhad qızı Bakıda tapılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə qadının yeri paytaxtda rəfiqəsinin yanında olduğu məlum olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70679


Baş nazir Novruz Məmmədov ədliyyə orqanları işçilərinin, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi barədə qərar imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/70684

BAKU.WS