SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. 

BAKU.WS xəbər verir ki, yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində zəlzələ baş verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68213


Sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artacaq. Artım ümumilikdə 450 min insana şamil ediləcək. 

Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı sərəncamına əsasən yeni vahid tarif cədvəli müəyyənləşib. Cədvələ əsasən 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/68214


İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68216


İraqın "Həşd Şabi" ("xalq könüllüləri") adlı hərbi birləşməsinin komandan müavini Əbu Mehdi əl-Mühəndis açıqlamasında Azərbaycanın İraq ərazisindəki hədəfləri vurmaq üçün İsrailə öz ərazisindən istifadə etməsi barədə iddia irəli sürüb.

Nazirlikdən BAKU.WS-ə edilən açıqlamada iddiaların əsassız olması və həqiqəti əks etdirməməsi qeyd olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68235


Kənd Təsərrüfatı naziri İnam Kərimov və Baş Nazirin müavini Əli Əhmədov Yaşıl bazarda qiymətlərlə maraqlanıblar.

Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/68237


Rusiyadan deportasiya edilən azərbaycanlı jurnalist Fuad Abbasov BAKU.WS-ə müsahibə verib və bir sıra məsələlərlə bağlı suallarımızı cavablandırıb.

Müsahibəni bu linkdən oxuya bilərsiniz - https://baku.ws/musahibe/68240


Bakının Nərimanov rayonunda, Dərnəgül yolunda yerləşən taxta bazarında yerləşən bazarın anbarında yanğın başlayıb.

Hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib.

Videolar bu linkdə - https://baku.ws/incident/68246


“Baksol” yolunda yerləşən “Taxta Bazarı”ndakı hadisə yerinə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və digər səlahiyyətli şəxslər gəliblər.

Fotolar bu linkdə - https://baku.ws/incident/68253


Azərbaycanda daha bir güclü yanğın Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.

Məlumat bu linkdə - https://baku.ws/incident/68255

BAKU.WS