Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.

Verilən məlumata görə, Yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç. 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/65290


Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhər əmiri, Şeyx Sultan bin Məhəmməd Əl-Qasıminin oğlu, şahzadə Şeyx Xalid bin Sultan əl-Qasımi İngiltərədə ölüb.

39 yaşlı şeyx Londonda dünyasını dəyişib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/65291


İllərdir nəqliyyat sahəsində çalışmış, peşəkar kadrlardan olan sabiq nazir müavini Musa Pənahov bu gün yeni vəzifəyə təyin edilib.

Musa Pənahov Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/65302


Bu yaxınlarda Daxili İşlər naziri təyin olunan Vilayət Eyvazov ilk dəfə vətəndaşları qəbul edəcək.

Nazir 2019-cu il iyul ayının 27-də Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65152


Bu gün həm Bərdə rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət alması görüntüləri yayılıb.

Yayılan görüntülərdə xəstənin həkimin cibinə pul qoyması, həkimin isə pulu götürməsi öz əksini tapıb.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/65318


Günün sonuna yaxın isə Gəncə şəhərində polis leytenantının vurulmasına dair məlumat yayıldı. Amma araşdırmalardan sonra bəlli oldu ki, 1983-cü il təvəllüdlü polis baş leytenantı Hüseynov Vüqar Ələsgər oğlu silahla ehtiyatsız davrandığından özünü yaralayıb.


Daha ətraflı:https://baku.ws/incident/65324 
BAKU.WS