Türkiyəli məşhur qızını döydüyü üçün həbs olundu

Türkiyəli məşhur qızını döydüyü üçün həbs olundu
Foto Video
Video 233

Keçmiş türkiyəli model Deniz Akkaya 15 yaşlı qızına qarşı zorakılıq etdiyi üçün 4 ay 27 gün həbs cəzası alıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə Akkayanın qızına atdığı dəmir termos və qulaqcıqları da silah olaraq sayıb.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı A.Ö. arasında mübahisə olub və mübahisə zamanı Akkaya içərisində dəmir termos və qulaqlıq olan çantanı qızının üstünə atıb. Daha sonra o, zərərçəkmişə təpiklə vurub, həmçinin onun boğazını sıxıb.

Məhkəmə, 15 yaşlı qızın anasından şikayətçi olmadığını nəzərə alaraq, Akkayaya "nəslinə silahla sadə yaralama" maddəsi ilə 4 ay 27 gün həbs cəzası verib.

Oxşar xəbərlər

"Koroğlu körpüsü"ndə yük maşını aşıb

"Koroğlu körpüsü"ndə yük maşını aşıb

Bakıda yol qəzası baş verib.  Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.  Bildirilib ki, hadisə "Koroğlu körpüsü"nün yaxınlığında qeydə alınıb. Q...

170 Hadisə 17:22 22 iyul 2025

Son xəbərlər