Heç bir ölkədə vətəndaşlığı olmadığını deyən şəxslə bağlı DİN-dən açıqlama
Elşad Mikayılov 2023-cü ilin iyulun 25-də Azərbaycan Respublikasına Rusiya Federasiyasının vətəndaşı olaraq daxil olub.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
***19:34
Elşad Mikayılov adlı şəxs illərdir heç bir dövlət tərəfindən vətəndaş kimi tanınmır.
Ona bir zamanlar yaşadığı istər Rusiyada, istər Ukraynada, istərsə də doğulub boya-başa çatdığı Azərbaycanda rəsmi vətəndaşlıq statusu verilmir.
Pasportunun müddəti bitən və hüquqi olaraq çıxılmaz vəziyyətdə qalan Elşad Mikayılov Baku TV-yə deyib ki, probleminin ictimailəşdirilməsini və aidiyyəti qurumların məsələyə münasibət bildirməsini istəyir.
"Göndərişlə oxumağa Ukraynaya getmişdim. SSRİ dağılandan sonra pasportuma kağız əlavə etdilər ki, rus vətəndaşı kimi qalırsan. Ukraynada birinci çevriliş başlayanda, hamı kimi mən də çöldə qaldım. Azərbaycana gələndə, pasportumun müddətinin qurtarmasına az qalmışdı. Sərhəddə mənə pasportu dəyişib qayıtmalı olduğumu dedilər. Söylədilər ki, bunu etməsən, məni Ukraynaya buraxmayacaqlar".
Şikayətçi əlavə edib ki, iki dəfə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda olsa da, probleminin həllinə baxılmayıb: "Mən sizin şəhərinizdə necə qanunsuz yaşayıram?! Niyə bu məsələyə baxan yoxdur?! İnsult keçirmiş adamam, amma sənədsizəm deyə müalicə oluna bilmirəm. Ailəm Ukraynada qalıb. Uşağın 14 yaşı var, ona kömək edə bilmirəm".
Oxşar xəbərlər
Lənkəranlı şagirdlər əsgərləri minadan qoruyan "ağıllı çəkmə" hazırlayıblar
Lənkəran məktəblilərinin hazırladıqları "ağıllı çəkmələr" hər kəsin marağına səbəb olub. Belə ki, rayonun Boladi kəndində yerləşən Nahir Axundov adına 1 nömrəli...