SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir sərnişin metronun "28 may" stansiyasında 2 min manatdan çox pul itirib.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, polis şöbəsinin əməkdaşı Namiq Nəsibov sərnişini taparaq pulu ona qaytarıb.

Sərnişinin itirdiyi 2 min manatdan çox pulu polis taparaq özünə qaytardı.

Dekabırın 30-da İlahə Sadıqova ad-soyadlı vətəndaş Bakı Metropolitenində Polis Şöbəsinə müraciət edərək metronun "28 may" stansiyasında "BakıKART" aparatının yanında 2 min 139 manat pulunu unutduğunu bildirib.

Elə həmin gün axşam saatlarında metronun"28 May" stansiyasında xidmət aparan polis serjantı həmin miqdarda olan pulu taparaq bu barədə "Metropoliten"in rəhbərliyinə məlumat verib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İlahə Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Polis əməkdaşı deyir ki, belə hadisələr nadir hallarda baş verir. Amma hər bir halda bu cür halla üzləşən vətəndaşlar xidmətdə olan polislərə, yaxud "Metropoliten" əməkdaşlarına müraciət etsinlər.

BAKU.WS
VİDEO