SİZİN REKLAM BURADA!
055 213 76 73


Xırdalan şəhərində yolların dərdi bitib-tükənmir.

Bu barədə şəhər sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayət edirlər.

Şikayətçilər bildirirlər ki, şəhər yollarında təmir-tikinti işlərilə bağlı gediş-gəliş mümkünsüz olub. Nəinki piyadalar və minik maşınları, hətta avtobuslar, yük maşınları da hərəkət edə bilmir.

Yolların bərbad vəziyyətdə olması ilə bağlı dövlət qurumları tədbir görmək istəmirlər, yaxud edə bilmirlər. Şikayətçilər dəfələrlə bu barədə lazımı qurumlara desələr də, problem həll edilmir.

Dünəndən başlayan yağın acınacaqlı vəziyyəti daha da gərginləşdirib.

BAKU.WS
VİDEO