SİZİN REKLAM BURADA!
055 213 76 73


Başqasının arvadını götürüb qaçıran Tərlan yoxa çıxıb. 

BAKU.WS
xəbər verir ki, altı illik ərini və iki uşağını qoyub bir həftəlik sevgilisinə qoşulub qaçan Aytən indi onu axtarır.

"Səni axtarıram" proqramına gələn Aytən sevgilisinin onu atdığına inanmır. O, Tərlanın başının bəlada olduğunu düşünür.

Məsələ burasındadır ki, Tərlan sevgilisinin bahalı telefonu ilə birlikdə yoxa çıxıb. 

Xatırladaq ki, 22 yaşlı Aytən yaşıdı olan sevgilisi ilə "İnstagram"da tanış olub və ona qoşulub qaçıb. Altı illik həyat yoldaşını atan qadın qaçarkən azyaşlı uşaqlarını da özü ilə götürməyib. Uşaqlarının biri 4, digəri 3 yaşındadır. Yeni sevgililər Bakıda kirayə tutduqları evdə yaşayırlar. Aytənin qoşulub qaçdığı 22 yaşlı Tərlan başqasının arvadını götürüb qaçmasına özünə belə haqq qazandırırdı: "Elə bir söhbət oldu ki, dözə bilmədim. Çox qəmli həyat yaşayırdı. Əri ilə xoşbəxt deyildi, onu çox sıxırdı. Xoşbəxt etmək istədim".  

Aytən 6 illik həyat yoldaşını sevmədiyini, onunla xoşbəxt olmadığını, sevdiyi biri ilə yaşamaq arzusunda olduğunu deyirdi.

Aysel
BAKU.WS
VİDEO