SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 21 yaşlı nişanlı qız 23 yaşlı ingilisə qoşulub qaçıb.

BAKU.WS
xəbər verir ki, qızı Arzu Skwierez Xudayar qızını axtaran ana Xəzər TV-də yayımlanan "Səni axtarıram" verlişində bu barədə danışıb.

Ana bildirib ki, 2010-ci ildə Amerikadan Azərbaycandakı uşaqlara kompüter dərsi keçməyə gələn gənclərdən biri onun qızına elçi düşüb. Arzu həmin kurslarda ingilis dilindən dərs deyib. Arzunun atası qızımın ingilis oğlanla ailə qurmasına icazə verməyib. Daha sonra qızı başqa oğlanla nişanlayıblar.

İngilis nişanlı qızı götürüb qaçıb. Hətta qıza görə müsəlmanlığı qəbul edib. Bir neçə ildən sonra Amerikaya köçüblər.

Arzunun anası 2 aydan artıqdır qızı ilə heç bir əlaqə saxlaya bilmədiyindən "Səni axtarıram" proqramına üz tutub. 

Arzunun iki oğlu var. Böyük övladı artıq 2-ci sinifdə oxuyur.
BAKU.WS
VİDEO