SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun vəzifəsindən getməsi həftənin ən çox yadda qalan hadisələrindən biri oldu. 

BAKU.WS xəbər verir ki, APA TV-nin həftənin Müxtəsər icmalında Hacıbala Abutalıbovla bağlı maraqlı sujet yayımlanıb. 

Sujetdə qeyd edilir ki, Hacıbala Abutalıbov xalqa daha yaxın məmur idi. Xalqa açıq adam olan Hacıbala Abutalıbovu kim harada görsə, ürəklə yaxınlaşırdı. Bilirdi ki, mer öz qeyri-adi intonasiyası ilə heç bir sualdan qaçmayacaq. 

Adına nəğmələr qoşuldu, KVN-şiklərin sevimli obrazına çevrildi. Bakını su basanda Hacıbala müəllim haqqındakı kollajlar ürəyimizə də bir sərinlik gətirdi.

Mərmər həvəskarı, butkaların qənimi, laqunda səsini bizə sevdirən, şair təbiətli kövrək merimizin gedişi də üzümüzdə bir təbəssüm yaratdı. Hamımız onu gözəl xatirələrlə yola saldıq.
BAKU.WS
VİDEO