SİZİN REKLAM BURADA!
055 213 76 73


Nüfuzlu "qanuni oğru" kimi tanınan Aleksey Petrov Ukraynada evinin qarşısında öldürülüb.

BAKU.WS xəbər verir ki, "Petrik" və "Lenya xitrıy" ləqəbi ilə tanınan kriminal avtoritet iki nəfərin hücumuna məruz qalıb.

Yerli mətbuatın yaydığı kadrlardan görünür ki, iki nəfər şəxs "qanuni oğru"ya bıçaqla zərbə endirib. Hadisə zamanı Aleksey Petrovun boğazını da kəsiblər. 

Qeyd edək ki, "Petrik" ləqəbli avtoritet "Yaponçik" ləqəbli nüfuzlu "qanuni oğru"nun varisi sayılırdı.
BAKU.WS
VİDEO