VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqeçuadzenin toyu olub.

BAKU.WS
“primecrime.ru” saytına istinadən xəbər verir ki, toy mərasimi "Esa Royal Park" əyləncə mərkəzində təşkil olunub. Toyda kriminal aləmin tanınmış üzvləri iştirak ediblər.

Mərasimdə Roma Jiqan, Alfason ləqəbli Qoçi Alpaidze, Nukri, Kuşner, Çoban və s. kimi tanınmış avtoritetlər iştirak ediblər.

Toyda həmçinin “Lotu Quli” ləqəbli tanınmış “qanuni oğru” Nadir Səlifov da iştirak edib. İlham Hacıyev adlı avtoritet müşayiət edib.

Toyda kriminal aləmin üzvləri görüşüblər. Bildirilir ki, toyda iştirak edən “qanuni oğru” və avtoritetlər mehriban münasibətdə olublar. Sağlıqlar deyilib.

Saytın yazdığına görə, “Lotu Quli” toy bitdikdən sonra dərhal Dubaya uçub.

BAKU.WS