SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər Bakı meriyası tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə başlanılsa da, problemlər həll edilmir.

Əksinə mövcud problemlərin üstünə əlavə çətinliklər gəlir.

Bu qənaətə gəlməyimizə səbəb şəhər sakinlərinin kütləvi şikayət etməsidir.

Növbəti şikayət Bakının Xətai rayonundandır. Rayon sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayət edərək bildirib ki, rayonun əksər hissələrində zibillər təmizlənmir.

Zibil qutuları ağzına qədər zibil ilə dolu olur. Küləkli havada isə ağzına qədər dolu zibil yeşiklərindəki tullantılar ətrafa yayılır.


Bundan başqa, zibil yeşiklərinin yeri dəyişdirilib.

İcra hakimiyyətinin işçiləri zibil qutularını maşın yolunun kənarına qoyublar. Bu da, ərazidə yaşayanların həyatını təhlükəyə atır.

İnsanlar tullantılarını zibil qutularına atmaq üçün maşın yolunda dayanmalıdırlar. Bununla da, sürətlə keçən maşınlar insanları vura bilər.

Ərazidən görüntüləri təqdim edirik.
BAKU.WS
VİDEO