SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Səbail rayonu, Badamdar qəsəbəsinin sakinləri hər gün zibil iyindən, tüstüdən zara gəliblər.

Bu barədə vətəndaşlar BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər. Vurğulanıb ki, hər gün zibilləri yandırırlar. Ətrafı qatı duman bürüyür.

Ən çox problemlər isə III massivdə müşahidə olunur.

Məsələ ilə əlaqədar Səbail rayon, Badamdar qəsəbəsi Bələdiyyəsinin Sosial problemlər üzrə komissiyanın rəhbəri Rauf Mailovla əlaqə saxladıq.


Bələdiyyə rəsmisi BAKU.WS-ə açıqlamasında problemin mövcudluğunu təsdiqlədi. Onun sözlərinə görə, zibillər ətrafdan yığışdırsalar da, təmizliyə tam nail ola bilmirlər.

“Hansı ərazilərdə problemlər varsa, vətəndaşlar bizə müraciət etsinlər. Hansı ərazilərdə zibil qutuları yoxdursa, ora zibil yeşiyi qoyaq”, - deyə Rauf Mailov bildirib.


Bələdiyyə rəsmisi də öz növbəsində qəsəbə sakinlərindən şikayətləndi:

“Sakinlər evlərini təmir edirlər, tullantıları hara gəldi atırlar. Eyni zamanda zibil pulu vermirlər. Zibilləri daşımaq üçün texnika, fəhlə var.

Onların işləməsi üçün pul lazımdır. Biz də, zibil pulunu yığa bilmirik. Bu səbəbdən də, problemlər yaranır”.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA