SİZİN REKLAM BURADA!
055 213 76 73


Daşınmaz əmlaka dair çıxarışların kağız formada verilməsi dayandırılır.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu açıqlama Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarışa keçid və onun xüsusiyyətləri" mövzusunda təşkil edilən ictimai təqdimatda verilib.

Çıxış edənlər bildiriblər ki, hazırda çıxarışların kağızla yanaşı, elektron formada da verilməsi davam etdirilir. Tam elektron formaya keçiddə məqsəd vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə Komitənin ərazi reyestr ofislərində çıxarışlar 1,3,7 və 10 iş günündə elektron qaydada hazırlanacaq.

Daha sonra isə həmin çıxarış vətəndaşın "Elektron hökumət" portalındakı şəxsi kabinetinə yerləşdiriləcək.

Çıxarışların kağız formada verilməsi aprelin 18-dən etibarən dayandırılacaq.

Elektron çıxarışların bir çox üstünlükləri var.
BAKU.WS
VİDEO