13 illik ailəsinin müğənni Aysel Əlizadə üzündən dağıldığını iddia edən Turanə Nəcəfova onun xeyrinə çıxarılan məhkəmə qərarının hələ də icra olunmadığından ərinin ondan qaçırtdığı böyük qızına qovuşa bilməyib. Üstəlik də, kiçik qızı ilə bərabər evdən çıxarılan qadın maddi çətinlik çəkir.

BAKU.WS xəbər verir ki, Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında Turanənin uşaqlarının atası, iş adamı Elçin Nəcəfova üz tutaraq ikinci qızına da sahib çıxmasını, ona maddi yardım göstərməsini və evlə təmin etməsini istəyib.

Xoşqədəm xanım Elçinin ona dediklərini efirdə açıqlayıb:

"Elçinin pulu var, gəlsin ikinci uşağını da oxutdursun. Burada hamı görür, o uşaq nə vəziyyətdədir. Bir qızını yağınh-balın içində saxla, bir qızını acından öldür. Mənə deyir ki, mən qızıma bahalı brendlərdən hər ay 50-60 minlik geyim alıram. Təəssüf! Bəs bu qız kimindir?! Qapılarda qalıb. Bəlkə bu qız başqasındandır, de, biz də bilək. Lazımdırsa, DHA testi edək".


Qeyd edək ki, müğənni Aysel Əlizadənin adıkeçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. "Səni axtarıram" verilişinə kömək üçün müraciət edən T. Nəcəfova müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham edir.

Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də‚ icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.

Turanə və Elçin 2 ildən çoxdur artıqdır boşanıblar. Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi özü ilə xaricə qaçırdıb.

Turanənin sözlərinə görə, Nərimanov rayon məhkəmə icraçıları Zeynəbin 10 yaşı olana kimi prosesi uzatmaqla‚ uşağın atasında qalmasına nail olmağa çalıpşırlar.

Adıçəkilən iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. Məlumata görö, o, “Auto Gallery” avtomobil salonunun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibidir.

Zülfiyyə Qurbanova
BAKU.WS


VİDEO

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ