Qazax istiqamətində düşmənlə üz-üzə yerləşən mövqelərin təmas xəttinin mühafizə və müdafiəsini Dövlət Sərhəd Xidməti həyata keçirir. Artiq bir aydır ki, postları Müdafiə Nazirliyindən təhvil alan sərhədçilərimiz şəraitə uyğunlaşib və relyefə uyğun olaraq döyüş növbəsi aparırlar.

Artıq düşmənlə 70 metr məsafədə sərhədçilərimiz keşik çəkir. Qazax və Ağstafa rayonları ərazisində təmas xətti boyunca mövqelərimizin mühafizə və müdafiəsini Qazax sərhəd dəstəsi həyata keçirir.

Müasir müşahidə cihazları ilə təmin olunan sərhədçilərimiz düşmənin yaşayış məntəqələrini və magistral yolunu da nəzarətdə saxlayır. Şəxsi heyətlə gündəlik mühafizə, müdafiə, əks həmlə və döyüş tapşırıqları üzrə nəzəri və praktiki dərslər keçirilir.

Ön xəttə xidmət aparan sərhədçilərimiz qısa müddətdə ən müasir texnika və mühafizə qurğuları ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan snayper tüfəngləri, iri çaplı pulemyot və fərqli taktiki-texniki xüsusiyyətlərə malik olan mina və qumbaraatanları da Qazax sərhəd dəstəsinin arsenalında yer alır.

Təmas xətti boyunca bütün məntəqələrdən düşmənin istənilən postunu snayperlər daim müşahidə edir.

Əsgərlərin məişət və xidmət şəraiti də diqqət mərkəzindədir. Bu isə əsgərlərin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün vacib şərtdir.

Bununla bərabər sərhəd xəttində döyüş postlarının və məntəqlərin yenidən qurulması prosesi davam edir.

Qazax və Ağstafa istiqamətində artıq bir neçə məntəqədə yenidənqurma və tikinti işləri başa çatmaq üzrədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS