SİZİN REKLAM BURADA!
055 213 76 73



Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

BAKU.WS