SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edən Elnarə adlı qadın, qızı Mələyin yaşaması üçün müraciət etmişdi. 

BAKU.WS-in məlumatına görə, həkimlərin 3 ay ömrü qaldığı dediyi Mələk hazırda Türkiyədədir. Onun əməliyyatı üçün 5 gün ərzində 51.428 dollar vəsait toplanıb.

Mələyin qanında mikrob var və hazırda buna görə müalicə qəbul edir. Mikriblar təmizlənmədən əməliyyat risklidir. Mikroblar təmizlənəndən sonra balaca Mələk əməliyyat olunacaq.

3 yaşlı balacanın xəstəxanada çəkilən görüntüləri isə görənlərin ürəyini parçalayır. Hər kəsin yaşaması üçün dua etdiyi Mələk ölümə qarşı böyük mübarizə aparır.

Abbas
BAKU.WS