SİZİN REKLAM BURADA!
055 213 76 73




Rəsul adlı sürücü paytaxtın növbəti "qoçu" sürücüsünün videogörüntüsünü sosial şəbəkələrdə paylaşıb.

BAKU.WS
“avtosfer.az”a istinadən xəbər verir ki, 03.10.2018 tarixində 08:51 radələrində, Xətai prospektində, Şərq bazarı yaxınlığında 99 LE 609 DQN-lı avtomobilin sürücüsü yol hərəkət qaydalarını kobud şəkildə pozub tam olaraq əks istiqamətə çıxıb hərəkət axınının əksinə hərəkət edib.

Hətta əks istiqamətdən gələn avtomobilə təhlükə yaradıb. Belə sürücülər digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə mənbəyidir.

Ümid edirik ki, DYP rəsmiləri tezliklə sürücünün tapılıb cəzalanmasını təmin edəcəklər. Sürücü artıq BDYPİ rəhbərliyinə rəsmi şəkildə şikayət məktubu göndərib.

BAKU.WS