SİZİN REKLAM BURADA!
055 213 76 73



Yay ayları olmasına baxmayaraq, gəlinliklərə olan tələbat dəyişməyib. Mağazalarda kifayət qədər gəlinlik də var, alıcısı da...

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, hətta satıcılar deyirlər ki, müştəri qış mövsümü ilə müqayisədə yayda daha çox olur. Gündə ən azı 20-30 gəlinlik kirayə verirlər. Qiymət isə model və materiala görə dəyişir.

Satıcılar deyirlər ki, gəlinliklər əsasən Türkiyə, Ukrayna və Polşadan gətirilir. İstanbuldan gətirilən gəlinliklər əl işləməsi olduğu üçün müştərilərə daha baha qiymətə təklif olunur. Alıcılar isə nisbətən ucuz qiymətə olan gəlinliklərə üstünlük verirlər.

Mağazalarda bahalı modellər bir neçə dəfə istifadə edildiyindən müştərilərə daha ucuz qiymətə təklif olunur.

BAKU.WS