SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində ekstrasens Bayram Nurlu ilə gəlini Çinarəni axtaran Solmaz arasında qalmaqal baş verib. 

BAKU.WS-in məlumatına görə, verilişdə Bayramın iradlarından sonra reklam fasiləsi zamanı Solmaz əsəbiləşib. Qadının Bayrama falçı deməsi isə ekstrasensi özündən çıxarıb. 

Tərəflər arasında söz davasına qonaqlar müdaxilə etməyə çalışıb. Bayram Solmazı məhkəmə ilə hədələyib və 100 min manatlıq təzminat ödəyəcəyini bildirib. 

Daha sonra tərəflər yenidən üz-üzə gəlib və dava sülhlə yekunlaşıb. 

Abbas
BAKU.WS