SİZİN REKLAM BURADA!
055 213 76 73



Qanunsuz ayı ovlayan şəxslər Şahdağ Milli Parkının Quba rayonu ərazisində müəyyən edilib.

BAKU.WS-in ARB TV-yə istinadən verdiyi məlumata görə, Qonaqkənd kənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Pirməmməd Nemətov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə aparılıblar.

Onlardan ov zamanı istifadə etdikləri “İj” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.

Aydın Nəsirov – Saxlanılan şəxs: "Ayı ovunu dostlarımla etmişdik. Kəsib xurcunlara yığmışdıq. Oturub çörək yeyəndə ekologiyanın işçiləri bizi gördü. Bizə tərəf gəldiklərini görüb qaçdıq. Onlar gedəndən sonra çıxıb evimizə gəldik"

Noyabrın 2-sində Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayonu ərazisində reyd keçirən zamanı adı “Qırmızı Kitabı”a düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətlərini qoyub qaçan 3 atlının da saxlanılan şəxslər olduğu müəyyənləşdirilib.

Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BAKU.WS