SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda Heydər Əliyev prospektində qəzaya düşərək iki nəfərin həyatına son qoyan "Mercedes Gelandewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobilin son görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, youtube video portalına yüklənən videoda hadisənin necə baş verdiyi izah olunur. 

Qəzanın üstündən bir neçə gün keçməsinə baxmayaraq avtomobilin diskləri asfalt üzərində dərin iz buraxdığı görünür. 

Hazırda yanaraq yararsız hala düşən avtomobil Bakıdakı cərimə meydançalarından birində saxlanılır. 

Qeyd edək ki, qəza nəticəsində iki nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılardan biri Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. O, həbs edilib. Digər iki yaralı isə Türkiyə vətəndaşlarıdır.

İman
BAKU.WS