SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gündən başlayan şimal-qərb küləyi paytaxtın səmasını toza bürüyüb.

BAKU.WS xəzərxəbər-ə istinadla məlumat verir ki, müxtəlif vaxtlarda güclənən külək tozu evlərin içinə qədər yayıb.

Küləkli-tozlu hava küçələrin təmizliyi ilə məşğul olanların işini də çoxaldıb.

Hidremeteoroloji Proqnozlar Bürosundan "Xəzər Xəbər"ə verilən məlumata görə, toz qatı isti və quraq havalardan sonra əsən şimal-qərb küləyinin nəticəsində yaranıb. Küləkli hava isə hələ iki gün davam edəcək.

Allerqoloqlar küləkli-tozlu havalarda əsasən uşaqlarin daha çox əziyyət çəkə biləcəyini deyir.

Həkimlər toza qarşı həssas olan uşaq və böyüklərə çölə çıxarkən maska taxmağı məsləhət görür.
 
BAKU.WS