SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda YPX avtomobilinin körpü üzərində dayanması sürücülərin reaksiyasına səbəb olub. 
 
BAKU.WS-in məlumatına görə, hadisə ötən gün qeydə alınıb. Kadrlardan göründüyü kimi "99 - YP- 326" dövlət nömrə nişanlı YPX dayanaraq nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bu isə digər sürücülərin narazılığına səbəb olur. Daha sonra sürücünün siqnal verdiyini eşidən polis hərəkətinə davam edir. 
 
Sözügedən video qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sürücüyə haqq qazandıranlar olsa da, nə qədər maraqlı olsa da polisə də dəstək olanlar az olmayıb. 
 
Sözügedən videonu təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS