SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda ilk dəfə "Akkord Express" eksklüziv xidmətini işə salır. Şirkət alman keyfiyyətli sementin çox qısa zamanda müştəriyə pulsuz çatdırılması xidmətini təqdim edir.
 
Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, aprel ayından fəaliyyətə başlayan şirkət hələlik yalnız Bakı və Abşeron ərazisində xidmət göstərir. Sifariş verən müştərilər üçün qısa zamanda sementin çatdırılması və ünvana boşaldılması təmənnasız edilir. Bu şirkətin təklif etdiyi qiymət bazar qiyməti ilə eynidir. Ancaq şirkət müştəriyə bazara getmədən pulsuz sementin daşınması və boşaldılması xidmətini təklif edir ki, bu da çox sərfəlidir.
 
Sement almaq üçün fəhlə və maşın tutmağa pul xərcləmədən "Akkord Express"ə zəng edin. *0009 nömrəsinə bir zəng etməyiniz kifayət edir. Şirkət lazım olan ünvana sürətli şəkildə sementi çatdıracaq. "Akkord Express" sizə həm vaxtınıza, həm də cibinizə qənaət etməyi təklif edir. Bu unikal xidmətin yaxın müddətdə əhatə dairəsinin genişləndiriləcəyi də istisna edilmir. Müştərilərinin daim rahatlığını düşünən müəssisə fəaliyyət xidmətini respublikanın bütün bölgələri üçün də tətbiq etməyi planlaşdırır. Bununla yanaşı, müəssisə tək sement deyil, digər tikinti məhsullarının da müştəriyə pulsuz çatdırılmasını təmin etməyi planlaşdırır. Uzun sözün qısası. Tikintiniz yarımçıq qaldısa, bir zəng ilə "Akkord Express" sizin köməyinizə çatacaq. 
 
Ən müasir texnologiyadan istifadə olunaraq inşa olunmuş "HGC GROUP" MMC-nin zavodunda, yüksək keyfiyyətli Betonsem (CEM II/A-P 42,5 R -qalaq), Sulfatadavamlı sement (PPS 400 – qalaq və kisə),  Mastersem  (CEM II/B-P 32,5 R - kisə), Unisem (CEM II/B-M (P-L) 32,5 R-kisə) sement markaları istehsal olunmaqdadır. Zavodda alman mütəxəssislər çalışır və alman texnologiyalarından istifadə olunur. Xammal qatqıları alman mehsuludur. Qalan digər qatqılar isə yerli yataqlardan daşınır. 

"HGC GROUP" MMC-nin  əlverişli xammal yataqlarına sahib olması və ən müasir texnologiyadan istifadə yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstifadə olunan xammalın və istehsal olunan sementin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün zavodumuzda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir, müntəzəm olaraq həm xammalların, həm də məhsulların fiziki-mexaniki və kimyəvi sınaqları həyata keçirilir.
 
AkkordExpress şirkətinin Facebook səhifəsi: AkkordExpress 

 
BAKU.WS