SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İnstagramda süni yollarla say artırmağın xeyrindən daha çox zərəri ola bilər. Minlərlə izləyici qazandıracağını vəd edənlər çox olsa da, sonradan bir çox problemlər yaranır: ya həmin şəxslər tapılmır, ya da izləyicilərin heç bir faydası olmur. Son zamanlar məhz belə fırıldaqçılıqlar yaranıb.

Onlar instagram sosial şəbəkəsində izləyici sayı artırmaq adı ilə pul və kontur tələb edilir. Kontur hesaba yükləndikdən sonra isə söz verdiyi şəxsi bloka atıb, nömrələrini də bağlayaraq aradan çıxırlar.

Saxta profil açaraq təqibçi artıra bildiklərini deyənlər onlardan pul ya da mobil danışıq balansının kodunu aldıqdan sonra yoxa çıxırlar.

Üstəlik, saxta yolla qazanılan təqibçi profilləri paylaşılan məzmuna reaksiya məsələsində də özünü göstərir. Həmin profillər aktivliyə heç bir müsbət təsir göstərmir. Əksinə bu yolla həmin şəxslər müraciət edən hesabı oğurlaya, həmçinin etik olmayan səhifələrə qoşa bilərlər.

Ümumiyyətlə, hər hansı bir səhifənin təqibçi sayını artırarkən təhlükəsizlik baxımından sahibi özü etməlidir. Yaxud da sistemin özününün pullu xidmətindən istifadə etmək lazımdır ki, qazanılan izləyicilər effektiv olsun, bunun üçün sərf edilmiş məbləğ də israf olmasın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS