SİZİN REKLAM BURADA!
055 213 76 73



Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkətində problem yaşanıb.
 
Avtosfer.az-ın məlumatına görə, yolun sürüşkən olması nəticəsində bəzi avtomobillər yolda qalıb. Bunu görən Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları sürücülərin köməyinə yetişib. Onlar mağazalarda duz alaraq yola səpib, daha sonra ilə yolda qalan avtomobilləri itələyərək sürücülərə kömək ediblər.
 
Yol polislərinin bu nəcib hərəkətlərini telefonla çəkən sürücülər həmin görüntüləri göndəriblər.
 
Həmin görüntüləri təqdim edirik:
 
BAKU.WS