SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış aktyor Elşən Orucov Türkiyənin ATV telekanlında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında çəkilib.

BAKU.WS-in məlumatına görə, o, ekran işində azərbaycanlı iş adamı Emir Gardaşovun (Ozan Akbaba) Ruminyada gizli bir mərkəzdə saxlanılan qardaşı Rəşad obrazına həyat verib.

Elşən Orucov ekran işinin ötən gün yayımlanan bölümündə rol alıb.

Xatırladaq ki, aktyor “Bozbash Pictures” layihəsində canlandırdığı "Fəlakət" obrazı ilə məşhurlaşıb.

BAKU.WS
VİDEO

QALEREYA