"Bozbash Pictures” komandası yenidən efirə qayıdır.

BAKU.WS-in məlumatına görə, ATV telekanalında yayımına davam edəcək komedia serialının yeni anonsu yayılıb.

Komedia serialında İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli və başqaları rol alıb.

Noyabrın 16-da saat 22:30-da yayımlanacaq film böyük maraqla gözlənilir. 

Qeyd edək ki, bir müddət öncə "Bozbash Pictures”in bağlanacağı ilə bağlı xəbərlər yayılmışdı. Daha sonra İlkin Həsəni işə davam edəcəklərini elan edərək "Bozbash Pictures” sevənlərini sevindirmişdi. 

BAKU.WS