SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edib.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra çıxış edən K.Əliyev təşkilat tarixində ilk dəfə olaraq yüksək səviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edərək mötəbər iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.

MDB İcraiyyə Komitəsinin məsul əməkdaşı çıxış edərək təşkilati məsələlərlə bağlı məlumat vermişdir.

İclasda Belarus Respublikasının Baş prokuroru Andrey İsveç təmsil etdiyi qurumun narkotik alverçilərinin göstərişi ilə vətəndaşlara qarşı zorakılıq xarakterli cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təcrübəsi, Qazaxıstan Respublikasının Baş Prokuroru Berik Asılov Qazaxıstan prokurorluğunun cinayət prosesində vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi üzrə təcrübəsi, Qırğızıstan Respublikasının Baş prokuroru Zuluşev Toktoralyeviç yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində Qırğızıstan Respublikası prokurorluğunun təcrübəsi, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov dövlət əmlakının mühafizəsində prokurorluğun rolu haqqında, Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmon isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Tacikistan Respublikası prokurorluğunun fəaliyyəti haqqında, Özbəkistan Respublikasının Baş prokuroru Niqmatılla Yuldaşev isə “Sahibkarlıq subyektləri və özəl investorlar üçün yaradılan geniş imkanlar” mövzusunda çıxışlar edib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev beynəlxalq tədbirdə “Beynəlxalq hüquqi əməkdaşlıq - Azərbaycan Respublikası prokurorluğunun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi” mövzusunda çıxış edib.

Daha sonra, MDB-yə üzv dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə “MDB ölkələrinin fəxri prokuroru” döş nişanı və təşkilat çərçivəsində fəaliyyəti qiymətləndirilən digər şəxslərə müvafiq mükafatlar təqdim edilmişdir.

Tədbirdə Əlaqələndirmə Şurasının 33-cü iclasının gündəliyində duran aktual məsələlər, o cümlədən növbəti iclasın keçirilmə yeri və vaxtı, habelə digər təşkilati məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilərək iştirakçılar tərəfindən imzalanıb.

Sonra xatirə şəkli çəkilib.

***10:08

Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın baş prokurorları, MDB Baş Prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də, MDB Katibliyi və MDB-nin Antiterror Mərkəzinin məsul şəxsləri iştirak edirlər.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.

Daha sonra çıxış edən K.Əliyev təşkilat tarixində ilk dəfə olaraq yüksəksəviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edib.
O, iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.

BAKU.WS
VİDEO

QALEREYA