SİZİN REKLAM BURADA!
055 213 76 73


Tarixi Azərbaycan şəhəri olan İrəvanda 43 il əvvəl şəhərin mərkəzində keçirilən toy mərasimi barədə məlumat verəcəyik.

BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, dövrünə görə ucsuz bucaqsız deyə biləcəyimiz toy karvanı, İrəvan şəhərində, böyük mağarda baş tutub.

Arxivin toz basmış rəflərindən bu gün üzə çıxan lentdə qeydə alınan bu toyun hekayəsi isə bir başqadır. Bakıda yaşayan irəvanlı qızı toy karvanı ilə hava limanına aparan bəy - Əsəd Məmmədov, qonaqlarla birlikdə Bakı-İrəvan arasında işləyən tək təyyarə ilə İrəvana yola düşürlər.

Əsəd Məmmədovun xanımı Gülçöhrə Məmmədova isə həmin xatirələrdən söz açanda üzərindən 40 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də gözləri parlayır. O gözlər ki, orda həm ötən günlərin, həm də doğma yurdun həsrəti var.

Əsəd Məmmədov deyir ki, dünyaya göz açdığı doğma yurdunu bu gün də küçəbəküçə xatırlayır.

Məmmədovlar ailəsi deyir ki, babalarının dünyaya göz açdığı o torpaqlarda, öz axarı ilə davam edən həyatları bir gün ermənilərin təzyiqi ilə çətinləşməyə başladı. Bir müddət sonra isə insanlar başqa yerlərə köçməyə başladılar.
Əsəd Məmmədovun dediyinə görə, həvəslə bizə göstərdiyi ağ-qara şəkillərdən birinin xüsusi hekayəsi var. Hekayə isə üzvü olduğu yeniyetmələrdən ibarət futbol komandasından kənarlaşdırılması ilə bağlıdır.

O, deyir ki, bu gün o torpaqlarda ermənilərin olması bizim qayıtmayacağımız anlamına gəlmir. Onlar, yad olduqları Azərbaycan torpaqlarında bu gün də Azərbaycan sözlərindən istifadə edirlər.

Bu günə kimi yurd həsrəti çəkən ailə İrəvana qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ən böyük arzuları isə 43 il öncə baş tutan toylarının 50 illik yubileyini İrəvanda, öz evlərində qeyd etməkdir.

Arzularınızın reallaşacağı vaxt heç də uzaq deyil. Allah arzunuza çatdırsın.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS
VİDEO