SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

***11:57

Bu gün həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) məhkəməsi keçirilr.

BAU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Dağlının məhkəmə prosesi Bakı Ağır Cinayətlər məhkəməsində baş tutur.

Hazırda meyxanaçının ailə üzvləri və yaxınları sözügedən məhkəmə binasının qarşına toplaşıb.

Dağlınının məhkəməsi hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə həyata keçirilir.

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisə baş verən zaman Mehtiyev 2 həftə əvvəl həbsdən çıxıb. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.

Rəşad Dağlı 4 ay müddətinə həbs edilib. Daha sonra bu müddət martın 4-də 2 ay da uzadılıb.

BAKU.WS
VİDEO