SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 14-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan, tibbi yardıma ehtiyacı olan erməni əsilli vətəndaş Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və Azərbaycan dövlətinin nəzarəti altında Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədi keçib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı həkimlər sərhəd-keçid məntəqəsində olub və BQXK ilə əməkdaşlıq edərək, tibbi təxliyə prosesinin təmin olunmasına kömək ediblər.

Bununla bağlı yayılan videoda erməni qadının Azərbaycan sərhədçilərinə təşəkkür etməsi də əks olunub.

BAKU.WS
VİDEO