SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələrin təmizlənməsini təmin edib.

BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirləri davam etdirir. Bu çərçivədə, yaratdığı yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, Bakı şəhəri, Xətai rayonunun 8 Noyabr prospekti, Zığ şossesi və Məhəmməd Hadi küçəsi 83 ünvanında, Yasamal rayonunun Şərifzadə küçəsində, Sumqayıt şəhərindəki “Socar Polymer” zavodunun ərazisində, Saatlı şəhərinin Nizami küçəsində, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən 26-cı km-də magistral yolun kənarında, Yardımlı şəhərinin Heydər Əliyev küçəsində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

BAKU.WS
VİDEO

QALEREYA