SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib.

Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.

"Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır", - məlumatda qeyd edilib.

BAKU.WS
VİDEO