SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 21-də keçirdiyi brifinqdə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Şuşada baş konsulluğunun açılması ilə bağlı son bəyanatına toxunub.

Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında bildirilir.

“Bu bəyanat və gələcəkdə konsulluğun açılması Rusiya sülhməramlı kontingentinə, eləcə də Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına təhlükə yaradırmı?”, - deyə “Ura.ru” xəbər agentliyinin rusiyalı jurnalisti sual verib.

Mariya Zaxarovanın suala cavabının giriş hissəsi diplomatik cəhətdən qüsursuz olub. “İstənilən yerdə, xüsusən Şuşada konsulluq idarələrinin açılması məsələsi ikitərəfli münasibətlərin mövzusu olaraq qalır. İndiki halda bu, Bakı ilə Ankara arasında olan məsələdir”, - deyə o bildirib.
Hər şey sanki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsindədir. Lakin bu, cavabın yalnız birinci hissəsidir. Bunun ardınca Zaxarova başqa açıqlamalar verib.

“Eyni zamanda biz məsələnin İrəvan üçün həssas yönünü başa düşürük. Biz təmaslarımızda bir-birimizin maraqlarını nəzərə almağın vacibliyini və Azərbaycan-Ermənistan kimi, Türkiyə- Ermənistan münasibətlərinin də normallaşması prosesinin vacibliyini vurğulayırıq”, - deyə o əlavə edib.

Daha ətraflı videosüjetdə:

BAKU.WS
VİDEO