SİZİN REKLAM BURADA!
055 213 76 73


Yay aylarının gəlməsi ağcaqanadların sayının kəskin şəkildə artmasına gətirib çıxarır. Bu cür həşəratların çoxalması isə xəstəliklərin yayılma riskini artırır.

Paytaxt sakinlərinin sözlərinə görə, bina evlərinin bir çoxunun zirzəmisi su ilə dolur. Bu cür zirzəmilərdə isə ağcaqanadlar da çox olur:

“Şikayət edəndə ayda-ildə bir dəfə gəlib təmizləyirlər. Müəyyən vaxtdan sonra yenə eyni hal baş verir”.

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin açıqlamasında isə bildirilir ki, epidemik vəziyyət nəzərə alınaraq ildə iki dəfə - yaz-yay və payız-qış mövsümlərində paytaxtda kütləvi dezinfeksiya tədbirləri aparılır.

Bundan əlavə, Dezinfeksiya Mərkəzi və tabeliyindəki qurumlar müəssisə və təşkilatlarla müqavilə bağlayaraq həmin müəssisələrin yerləşdiyi ərazilərdə ayda üç-dörd dəfə profilaktik dezinfeksiya tədbirləri həyata keçirirlər. Lakin son dövrlərdə bəzi dövlət qurumları və özəl şirkətlər, eləcə də Mənzil Kommunal İstehsalat Birlikləri və müxtəlif park idarələri Dezinfeksiya Mərkəzi ilə deyil, tam ixtisaslaşmış özəl dezinfeksiya şirkətləri ilə müqavilə bağlayırlar.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

BAKU.WS
VİDEO