SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Meral Konrat illər sonra "Təhminə" filmi ilə bağlı etiraflar edib. 

BAKU.WS xəbər verir ki, "O üz" proqramına qonaq olan aktrisa əvvəl filmə dəvət almasından və ona təklif edilən sssenaridən danışıb:

"Filmdən təklif aldığım zaman Türkiyədə iki, üç film çəkib və mükafat almışdım. Rasim Ocaqov deyib ki, Təhminəni türk aktrisa oynayacaq. Türkiyəyə gəlib, bir-iki aktrisa göstəriblər. Deyib ki, ağlımdakı Təhminə bunlar deyil, qayıdıram Bakıya. Biri deyib ki, yeni fəaliyyətə başlayan aktrisa var, baxın. Mənə zəng gəldi, izah etdilər, getdim. Biri yerindən durdu və "Təhminə, Təhminə" deməyə başladı. Baxıram ətrafda məndən başqa heç kim yoxdur, cavab verdim ki, adım Meral. Rasim bəy dedi ki, niyə bunu əvvəldən gətirmirsiniz".

Daha sonra Konrat filmdə açıq-saçıq səhnələrin çox olduğunu lakin bu səhnələrin çoxunun ssenaridən çıxarıldığını deyib:

"Filmdə çox öpüşmə səhnələri var idi. Dedim ki, başqa aktrisa tapın. Rasim bəy dedi ki, hamısını düzəldəcəm. Cavab verdim ki, düzəltsəniz çəkiləcəyəm. Sonra gördüm ki, nədənsə narahatdır. Dedi ki, eşq filmidir. Bir səhnə olmalıdır ki, film tamamlanmalıdır, yoxsa yarımçıq qalacaq. Dedim ki, elə bir səhnə ola bilər".

Xatırladaq ki, Meral Konrat 30 il əvvəl “Təhminə” filmində rol alıb. O, ekran işində Xalq artisti Fəxrəddin Manafovla (Zaur) tərəf müqabili olub. 

BAKU.WS
VİDEO