SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Bakı Olimpiya Stadionunda (BOS) keçirilmiş “Qarabağ” - “Qalatasaray” xeyriyyə oyunu ilə bağlı xoşagəlməz hal üzə çıxıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə arenanın oturacaqlarının qırıq olduğu məlum olub. Azarkeşlər özləri həmin oturacaqları yerinə salmağa çalışıblar. O sektora biletlərin 30 manata satıldığı qeyd olunub.

Məsələ ilə bağlı BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxlanılıb. O, açıqlamasında oturacaqların öncədən qırıq olmasının mümkün olmadığını söyləyib:

“Bu, öncədən qırılmamışdı. Matçdan öncə stadion təmizlənmişdi, bayraqlar düzülmüşdü. Belə hal olsaydı, görünərdi. Ona görə də oturacaqların öncədən qırıq olması inandırıcı deyil. Ola bilər ki, azarkeşlər oturacaqların üzərinə çıxaraq, nəğmələr oxuyublar. Azarkeş mədəniyyətində belə şeylər var, digər ölkələrdə də olur. Oturacaqların öncədən qırıq olması müzakirə mövzusu belə deyil. Həmin azarkeşlərə təşəkkür edirəm ki, oturacaqları yerinə salıb, oyuna baxmağa davam ediblər”.

F.Əsədzadə matça azarkeşlərin qapılar açıldıqdan xeyli sonra - starta təxminən bir saat qalmış gəldiklərinə görə yaranmış sıxlıq səbəbindən arenanın turniketlərinə zərər dəydiyini əlavə edib.

BAKU.WS
VİDEO