SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi evinə aparılır.  

BAKU.WS xəbər verir ki, şəhidin nəşi gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.

Hazırda mərhumun nəşi Yeni Yasamaldakı evinə aparılır. 

Orxan Əsgərov bu gün Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Müxbir: Banu Hüseynli, Fotoqraf: Təranə İbrahimova
BAKU.WS
VİDEO